“4-cü kolon”un rəisi Elgiz İsmailov dövlətinə sədaqətlə xidmət edir

Bəzi saytlarda “4-cü kolon”un rəisi Elgiz İsmailov  haqqinda böhtan xarakterli məlumatlar dərc edilir. Bu  böhtan xarakterli yaziların  hardan qaynaqlandığını deyə bilmərik.“4-cü kolon”un rəisi Elgiz İsmailovla görüşdüyüm zaman,və məhbus xanımın dediyi sözlərə görə tam məsuliyyətlə qeyd edirəm ki,  yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə yol verilməzdi. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, “4-cü kolon”un rəisi Elgiz İsmailov məhbusların və dövlətin, etibarını qazanmışğı. 4 saylı qadın cəzaçəkmə müəssisəsində sabiq rəis Vaqif İsmayılov məhkumlarla  kobud rəftarı ilə, qeyri-etik davranışı, söyüşlü ifadələri, hətta adam döyməsi ilə hamının nifrətini qazanmışdı. Məhkumların qadın olduğunu nəzərə alanda onun kolonda yaratdığı vəziyyəti acınacaqlı bir hala gətirmişdi. Onu əvəz edən vəzifəyə cavan kadr Elgiz İsmailov  rəis təyin olundu. İlk növbədə mədəni, mülayim maneraları ilə diqqəti çəkdi. Belə ki, E.İsmailov rəis təyin olunan kimi məhbusların ərzaq dükanına, telefon danışıqlarına olan borclarını sildirdi, məhkum qadınların hamısına hörmətlə “xanım” deyə müraciət etdi, müəssisədə səliqə-sahman işləri apardı, yeməkxananı təmir etdirdi, yataq və istirahət yerlərini qaydaya saldırdı.
Qərəzli böhtan xarakterli yazılar yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əslində lazım deyil, xalqına, dövlətə, dövlətçiliyə xidmət edən insanı,  hər kəsə nümunə kimi təqdim və təqdir ediməlidi.Bəzi sayt rəhbərləri düşünməlidi  mərdi qova qova namərd etmək olmaz.El gözü tərəzidir, deyərlər. Bu gün Elgiz İsmailovun gördüyü işlər göz qabağindadi,kimin kim olduğunü hər kəs görür.
“4-cü kolon”un rəisi Elgiz İsmailovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
“4-cü kolon”un rəisi Elgiz İsmailov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Elgiz İsmailovun  gördüyü işlər haqqında cox yazmaq olar.

Rəis Elgiz İsmayılov bayram günləri məhkumlara müxtəlif hədiyyələr,sovqatlar verməklə yanaşı özüdə onlara baş çəkərək təbriklərini məhkumlara çatdırır. Rəis Elgiz İsmayılov hər zaman vəzifə səlahiyyətlərini layiqincə davam etdirir.O ,nəinki özü məhkumlara cox yaxşı davranır,ümumiyyətlə ciddi tapşırığı əsasında tabeçiliyində olan bütün işçiləri də məhkumlarla və onların görüşünə gələn ailə üzvləri ilə də çox yaxşı davranırlar.Gördüklərimizdən belə hesab edirik ki,Elgiz İsmayılov kimi işini bilən və vicdanla icra edən dövlət qulluqçularına uğurlar diləyirik!

Dunyaxeber.org