“Səda” media orqanının yaradılmasında əsas məqsəd Azərbaycanda baş verən sosial, ictimai-siyasi məsələləri işıqlandırmaqdır.

“Səda” mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək “Təzə həyat” adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə “Təzə həyat”ın çapına razılıq alır. “Təzə həyat” qazeti ilə yanaşı, “İttifaq”, “Səda” və “Sədayi-həqq” kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə “Səda” mətbəəsinin ilk sayının nəşrinə başlayır.

Mətbəədə çox sayda Azərbaycan ədiblərinin əsərləri, dini kitablar, dərsliklər çap olunurdu. 1910-cu ildə nəşrə başlayan “Səda” mətbəəsi elə həmin il “Səda” məktəbinin müəllimi Cəfər Bünyadzadənin sadə dillə qələmə aldığı, uşaqlar üçün nəzərdə tutulan “Mən məktəb istəyirəm” kitabını çapdan buraxdı. Mətbəə əsasən 1911-1913-cü illər arasında daha məhsuldar fəaliyyət göstərmişdi. 1911-ci ildə mətbəədə Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbilli” və “Vay şələkküm, mələkküm” kitabları işıq üzü görmüşdü. Həmin ildə Yusif Vəzir Çəmənzəminlinin “İki hekayə”, 1912-ci ildə isə “Üç hekayə” kitabı çap olunmuşdu.

M.S.Ordubadinin, Mehdi bəy Hacıbababəyovun, Seyid Hüseynin, Cəfər Bünyadzadənin əsərləri “Səda” mətbəəsində nəşr olunmuş, dövrün oxucu kütləsinin maariflənməsinə səbəb olmuşdur. Kitab çapında Vəzirov tərcümə əsərlərinə də xüsusi fikir verirdi. Rəsul bəy mətbəənin çap etdiyi tərcümə kitabları arasında Kilforun yazdığı “Həzrəti Məhəmməd haqqında Amerika müvərrixi Kilforun rəyi” əsəridir. Onu Abdinzadə Namidər dilimizə tərcümə etmişdi. Mətbəədə çap olunan bir çox kitabın redaktəsini, hətta korrektorluğunu da H.Vəzirov öz üzərinə götürmüşdü.

Bu qəzetin nəşrindən sonra da yerli hakimiyyət orqanları, Senzura Komitəsi əməkdaşları H.Vəzirovun sakit tərzdə qəzetçilik işi ilə məşğul olmasına imkan vermədilər. Bütün təqib, təzyiq kampaniyasına, həbsinə və cərimələnməsinə baxmayaraq, Vəzirov öz məfkurə istiqamətini qətiyyətlə müdafiə edə bildi.Bütün bu işlər H.Vəzirovun Azərbaycan jurnalistikası ilə yanaşı, mətbəəçiliyin inkişafında da göstərdiyi böyük xidmətlərdir. Bəzi hallarda Haşım bəy “zərərli məqalələr” yazdığını Bakı Şəhər İdarəsi rəisinə, polis idarəsinə, jandarma rəisinə bildirmişdisə də, bu, yalnız manevr idi, fikri yayındırmaqla bağlanmış qəzetlərin çapına yenidən icazə verilməsi üçün atılırdı. 1909-cu ilin oktyabrından 1911-ci ilin avqustunadək “Səda”nın 479 nömrəsi çıxmışdır. 1911-ci ilin avqust ayının 14-də qəzet bağlandı.

2021-ci il Noyabrın 17-də “Səda” yenidən fəaliyyətini davam etdirdi. Ən son xəbərləri sedainfo.az saytından oxuya bilərsiniz. “Səda” media orqanının yaradılmasında əsas məqsəd Azərbaycanda baş verən sosial, ictimai-siyasi məsələləri isıqlandırmaqdır.