Yeni dələduzluq: Bu saxta onlayn dil kursları vətəndaşları belə aldadır

Karyera planları və xaricdə təhsil almaq üçün əksər vaxt insanlar xarici dil kurslarına üz tuturlar. Yay tətili günlərində bəzi tələbələr vaxtlarını dil öyrənməyə sərf edirlər. Bu zaman kimisi onlayn, kimisi əyani kurslara üstünlük verir. Ancaq qiymətlər əvvəlki illərdən xeyli fərqlənir.
Xarici dil kurslarının qiymətləri müəllimlərin peşəkarlığı və dərs saatlarından asılı olaraq dəyişir. Son illər insanlar işləri ilə əlaqədar ən çox onlayn dərslərə üstnülük verirlər. Bəzi dil öyrənmək istəyən vətəndaşlar isə dələduzların qurbanı olurlar. İzləyicilərimizdən biri də saxta onlayn dil kurslarının qurbanı olub. O bildirir ki, sosial şəbəkə vasitəsilə “edutor_online_tehsil” və “edutor_online_kurs” kurslarına müraciət edib. Lakin, sonradan məlum olur ki, dili öyərədən müəllimin özü hələ dili təzə öyrənməyə başlayan tələbədir. O da məlum olur ki, müəllimlə əlaqələndirici şəxs 1-ci ayın ödənişini özünə götürür. Digər ayların ödənişini isə müəllim götürür. Saxtakarlıqla üzləşən izləyicimiz ödənişi geri istədikdə isə kobud cavablarla qarşılaşıb. Digər tərəfdən bu kurslar onlayn olduğu üçün yerləşdiyi ünvan da bəlli deyil. Nəticədə saxtakarlıqla üzləşən şəxslər gedib həmin ünvandan haqlarını tələb edə bilmirlər.
Bundan əlavə, bu cür saxta kurslare heç bir kurs təşkil etmədən, insanlara nəsə öyrətmədən sertifikatlar verirlər və əlbəttə bunun müqabilində müəyyən məbləğdə pul alırlar. Ancaq dövlət qurumları belə işbazlara qarşı diqqətli olmaq barədə xəbərdarlıq edir və bəzi tövsiyyələr verirlər.

 

Xeberle.com