Dərnəgül bazarının yanması riyazi yolla Qurana and içib əməl etməməyə bağlanır

Xəbər verildiyi kimi, bu gün (23 noyabr 2023) ölkəmizdə ölümlə nəticələnən bir neçə yanğın və ev uçması hadisəsi baş verdi. Belə ki, Dərnəgüldə taxta bazarı, Binəqədi rayonu S.S. Axundov küçəsində Ticarət Mərkəzi yandı. Daha sonra Gəncədə armatur zavodunda yanacaq çənlərində baş verən partlayışlar böyük bir ərazidə yanğına səbəb oldu. Daha sonra Bərdə rayonunda yas mərasimində evin döşəməsinin uçması ölümlə və xeyli insanın yaralanması ilə nəticələndi…
Elmi-lədun hesablamalarımız göstərir ki, bütün bunlar təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir və Allahdan növbəti xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur.

1) Xatırladaq ki, bu ilin (Heydər ilinin) avqustun 2-də Qarabağ kanalı yarıldı və Bərdənin iki kəndi su altında qaldı. Bu gün həmin hadisənin 114-cü (!) günüdür ki, bu da Quran rəmzi (surələrin sayı) olmaqla, hadisələrin Allahdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir.

2) Bu gün Sabirabad bazarının yanmasının 400-cü günüdür ki, bundan da Quranın surlərinin sayını çıxanda səhifələrinin sayı (286) qalır və hadisələrin biri-birinə bağlı olmasını, Allahdan xəbərdarlıq mesajı olmasını təsdiq edir:

400 – 114 = 286

3) Bu gün baş verən yanğın və faciyələr riyazi yolla astronomik xəbərdarlıqlara da bağlanır. Belə ki, Bu gün qanlı Ay tutulmasının (16.05.22) 555-ci günüdür ki, bu da Quranda tövbə və cəza rəmzi sayılır.

4) 01.05.2022-ci il tarixli Günəş tutulmasının isə, 572-ci günüdür ki, bundan da orjinal (Kəbədəki) Quranın səhifələrinin sayını çıxsaq, yenə də Yaradanın kodlaşdırılmış möhürü olan 286 ədədi alınır və hadisələrin Allah tərəfindən törədildiyini bir daha təsdiq edir:

572 – 286 = 286

5) Son vaxtlar ölkədə baş verən bir çox faciələr kimi, bu günkü faciəvi yanğınlar da dövlət səviyyəsində Qurana and içib, əməl olunmamasına bağlanır. Belə ki, bu gün üçüncü andiçmənin 3.684-cü günüdür ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, tövbə və cəza rəmzi (555) alınar:

3684 – (286+286+286) – (286+286+286) – (286+286+286) = (555+555)

NƏTİCƏ: bu və digər hesablamalarımz göstərir ki, bu gün baş verən faciyəvi yanğınlar ölkədə baş verən zülm və haqsızlıqlara Allahın qəzəbinin təzahürüdür. Quran sizlərə beş ildən bir yalandan and içib, sonra da xalqa zülm etmək, haqqını istəyənləri şərləyib zindanlara doldurmaq üçün göndərilməyib. Hər dəfə yazımızda qeyd edirik ki, bu xəbərdarlığa məhəl qoymasanız, daha intensiv və miqyasca daha böyük faciələrlə üz-üzə qalacaqsınız. Artıq vəziyyət göz önündədir: əvvəllər həftədə bir dəfə belə xəbərdarlıq faciəsi baş verirdisə, bu gün eyni gündə üç böyük yanğın baş verdi. Bunun üzərinə ölkə boyu yayılmış cürbə-cür yolxucu xəstəlikləri (qızılca, hepatit-A və s) də gəlsək, vəziyyətin getdikcə acınacaqlı hal aldığını görərik. Ancaq, təssüf ki, gördüklərindən çoxları ibrət almaq istəmirlər…

Tərəzini düz tutun, çəkini əksiltməyin

Hesablamalarımız və elmi-lədun bilgilərimiz göstərir ki, son vaxtlar Allahdan gələn bəlaların bir çox hallarda bazarlara, ticarət mərkəzlərinə enməsi, ölkədə ticarətə qatılan haramlıqla əlaqədardır. Buna görə də bizdən özəlliklə tələb olunur ki, “Çəkidə və ölçüdə aldadanlar” (83) surəsini bir daha xalqın və rəhbərlərin nəzərinə çatdıraq:
“Vay halına çəkidə və ölçüdə aldadanların!”
“O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar”,
“Xalq üçün bir şey ölçdükdə və çəkdikdə isə, onu əskildərlər!…” Quran, 83-cü surə, 1-3-cü ayələr.
Təəssüfləndirici haldır ki, bu gün ölkə bazarlarında tərəzilərin əksəriyyəti ya düzgün çəkmir, ya da satılan mallar istehsalda və yaxud, ölçülüb, qablaşdırılarkən saxtalaşdırılır, haram qatılır, müştərilər nə yollasa (keyfiyyətdə, qatqılarda və s) aldadılır… Bütün bunlar kütləvi hal aldığından, Allahın qəzəbinə səbəb olmuş və ölkəmizin bazarlarına tez-tez bəlalar enməkdədir (yanğınlar baş verməkdədir). Baş verən bütün yanğınlar bir qayda olaraq Quran rəmzləri olan 114; 286 və 555 ədədləri altında baş verməsi bunun sübutudur.
Sözümüzün Allahdan olduğunu təsddiq etmək üçün daha bir riyazi hikməti diqqətinizə çatdırırıq. Yuxarıda bəhs etdiyimiz 83-cü surə 36 ayədir. Eyni zamanda 36-cı surə (YA SİN) də 83 ayədir. Tarazlığa dəlalət edən bu hikmətin mənası odur ki, xeyirlə şər arasında tarazlığı pozmayın! Əks halda bazarlara, ticarət (həmçinin istehsal) müəssisələrinə daha çox bəlalar gələcəkdir! Zülmdən, haqsızlıq və haramçılıqdan, zinakarlıqdan əl çəkin!

“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17
Məmləkətiniz və xanimanınız yerlə yeksan olmamış Haqqa təslim olun!

Mesajları çatdırdı:
Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi