Çeçenistanın azərbaycanlı qəhrəmanı – SƏNƏDLİ FİLM – VİDEO

Şəhidlərimiz və qazilərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Qələbəni öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri xalqımız heç zaman unutmayacaq. Belə igid, cəsur qəhrəmanlarımızdan biri də Arif Məhərrəmovdur.

O, 1983-1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağda döyüşüb.

Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. Səbəb isə torpaqların hələ də işğaldan azad olunmaması olub. Qarabağ qazisi 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Çeçenistana yeridilən ordunun 20 Yanvar və Xocalı faciələrindəki “məharətləri”ni nəzərə alsaq, o zaman orada baş verənləri təsəvvür etmək elə də çətin olmaz zənnimcə…Xüsusilə Xocalı faciəsində baş verən sərəfsizlikləri heç cür unuda bilməyən Arif Məhərrəmov üçün Çeçenistanda müharibənin başlanması yeni bir yol açır. 1994-1998-ci illərdə Çeçenistanda döyüşlərdə isştirak edib. Çeçenistanda Azərbaycanın adının qürurla daşıyan, göstərdiyi misilsiz xidmətlərinə görə Cövhərqalanın fəxri vətəndaşı və Çeçeinsatanın Milli Qəhrəmanı kimi fəxri adlarını almışdır. Arif Məhərrəmov Çeçenistandan olan xatirələrini bizimlə bölüşüb.

İstər Çeçenistana, istərsə də Azərbaycana rəhbərlik etmiş şəxslər, prezidentlər daim qəhrəmanımıza diqqət və qayğı ilə yanaşıblar, onun fədakarlıqlarını yüksək qiymətləndiriblər.

O qeyd edib ki, Şeyx Şamil hərəkatının Qafqaz xalqları uğrunda aparılan haqq savaşının davamçısı olaraq, yaralandığı 20 Yanvar və 1992-cı il Xocalı faciəsində xalqımızaa qarşı və həmçinin Çeçenistan savaşında – Qafqaz xalqlarına qarşı yaşadılan zülmləri heç vaxt unutmayacaq.

Arif Məhərrəmovun sözlərinə görə, Çeçnistanda və ümumən Qafqaz bölgəsində qazandığı böyük nüfuz Dövlətin çox böyük mühüm tapşırığını yerinə yetirmək göstərişinin verilməsinə səbəb oldub. O qeyd edir ki, öhdəsinə buraxılan tapşırıq çox çətin və çox böyük məsuliyyət tələb edirdi.

Aldığı tapşırığı uğurla yerinə yetirən qarabağ qazisinə ümummilli lider Heydər Əliyev bildirmişdir ki, sənin əzabli çetin ömrünə həsr olunan Vətənpərvərlik Epopeyisı adlı 2 ya üç seriyalı film çəkmək lazımdır. Bununla bağlı Mədəniyyət Nazirliyinə tapşırıq da verilib.

İllər keçsə də, gələcək nəsillər qəhrəmanlarımızı hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Onların davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, hələ də ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, qəhərmanlıqları ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.