Astarada kənd müəllimlərinin evli qadınla münasibəti üzə çıxdı – KƏND SAKİNLƏRİ AYAĞA QALXDI – VİDEO

Astara rayon Motlayataq kənd sakinləri redaksiyamıza müraciət ediblər. Sakinlər bildirir ki, Sarvan Qurbanov adına Motlayataq kənd orta məktəbin riyaziyyat və informatika müəllimi Əliyev Ramin Böyükağa oğlu dəfələrələ kənddə əxlaqsızlıq etdiyi üçün kənd camaatının narazılığına və qəzəbinə baxmayaraq yenə bu çirkin əməllərdən əl çəkməyib. Son belə hadisənin üstü 17 martda açılıb.

AMİA. AZ xəbər verir ki, Motlayataq kəndində evli bir qadının itkin düşməsi ilə əlaqədar xəbərlər yayılır və Astara rayon Polis İdarəsinə müraciət olunur. Polis araşdıran zaman məlum olur ki, həmin bu qadının Ramin Əliyev və həmin məktəbin hərbi hazırlıq müəllimi Məlikov Rauf ilə telefon danışıqları üzə çıxır. Polis daha dərindən araşdırandan sonra məlum olur ki, Ramin Əliyevlə bunların əlaqəsi bir neçə il olduğu müəyyən olunur. Hərbi hazırlıq müəllimi Məlikov Raufun bu kənddə ilk belə hərəkəti olsada da, riyaziyyat və informatika müəllimi Əliyev Ramin Böyükağa oğlunun artıq 5-6 dəfədir ki, ayrı-ayrı evli qadınlarla əxlaqsızlıq üstündə tutulma hərəkətləri olub. Kənd camaatının dəfələrələ xəbərdarlığına məhəl qoymayan Ramin Əliyev yenə bu əxlaqsızlığı davam etdirir.
Kənd camaatının bizə ünvanladığı şikayət məktubunda bildirilir ki, xahiş olunur Ramin Əliyev və Məlikov Rauf həmin məktəbdən uzaqlaşdırılsın. Kənd cammaatı bildirir ki, bu nalayiq hərəkətləri edən “müəllim” sabah orta məktəbdə qızlara qarşı da bu hərəkəti edə bilər. Sakinlər buna ciddi etirazını bildirirlər. Onu da qeyd edək ki, Ramin Əliyev həmin məktəbdə Təlim Tərbiyə üzrə direktor müavinidir. Ləğv olunmuş Beynəlxalq Universiteti hər hansısa yolla bitirib. Dəqiq araşdırılsa bəlkədə diplomu saxta çıxar. Kənd camaatı bununla bağlı aidiyyatı orqanlardan kömək istəyir. Aldığımız məlumata görə, bu gün valideynlər övladlarına sözügedən məktəbə göndərməkdən imtina ediblər. Bundan sonra məktəbə polis əməkdaşları və Təhsil şöbəsinin nümayəndələri gəlib.
PS. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.