Vaksin hansı halda fəsad yaradır?

Son vaxtlar ölkəmizdə, eləcə də  dünyada qəfil və müəmmalı ölüm halları artmışdır. Hüquqi dövlətlərin vətəndaşları bu cür müəmmalı ölümlərə görə vaksin istehsal edən şirkətlərə qarşı məhkəmə davaları açıblar….

Bütün baş verənləri (qəfil ölənləri) görüb, peyvənd olan insanlardan narahat olanlar çoxdur. Bunu nəzərə alıb, həkim və bilici olaraq məsələyə aydınlıq gətirmək istəyirəm.

Koronavirusa qarşı peyvənd olunanlardan o adamlarda mürəkkəbləşmə, yaxud, ölüm halı baş verir ki, həmin şəxsdə əvvəldən neqativ enerji (bəd nəzərlər, sehr, cadu…)yüklənmiş olsun. Bu cür şəxslər barıt çəlləyinə (yaxud, üstündə bomba gəzdirənə) bənzəyirlər. Bilməlisiniz ki, hər bir virus (və onun vaksini) mahiyyətcə neqativ enerjidir. Bədəni əvvəldən qara  enerji ilə dolu olan şəxsə əlavə olaraq vaksin (oxu: neqativ enerji) vurduqda, bu, barıt çəlləyinə kibrit vurmağa bənzəyir. Həmən fəsadlar yaranır və bu fəsadlar hətta, ölümə də səbəb ola bilir….

Bunun qarşısını almaq üçün insan peyvənd olunmazdan öncə mütləq neqativ enerjidən təmizlənməlidir. Belə etsə vaksin insanda heç bir fəsad törətməz.

Bir vacib məqamı da qeyd etmək istəyirəm ki, neqativ enerjidən təmizlənən adam heç vaxt virusa yoluxmur (!). Çünki, qara enerji maqnit kimi koronavirusu (eləcə də digər virus və xəstəlikləri, uğursuzluqları) özünə çəkir, orqanizmdə onun inkişafı üçün münbit şərait yaradır. Neqativdən təmizlənmiş orqanizmə böyük ehtimalla virus daxil olmur, yaxud, münbit  şərait olmadığından  3-5 gün ərzində oranı tərk edir.

Bu cür sirlər tibb elminə məlum olmadığından, səhiyyə işçiləri virusdan qorunmaq üçün vaksindən başqa vasitə tanımırlar. Gördüyunüz kimi, vaksin də barıt çəlləyinə kibrit vurulmasına bənzəyir və bir çox hallarda ciddi fəsadlara səbəb olur….

Nə etməli?

Əgər vaksin vurdurmuş  şəxs bunun nə vaxtsa  fəsad törədəcəyindən narahatdırsa, neqativ enerjidən təmizlənmək üçün seanslar almalıdır. Bu halda heç bir fəsad yaranmır.

 

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi