Ermənistanda COVID-19-a yoluxanların 80%-i Omicron ştamına yoluxub.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Anait Avanesyan söyləyib.
O, ştamın əlamətlərinin qriplə oxşar olması səbəbindən çox insanın Omicron-a yoluxduğunu bilmədiyini əlavə edib.
O, “delta” ilə müqayisədə Omicrona yoluxanların virusu daha asan keçirdiyini, buna görə xəstəxanalara düşənlərin sayının az olduğunu əlavə edib.