“Sehrli xalat” filminin Rəşidi VƏFAT ETDİ

“Sehrli xalat” filmində baş rolun – Rəşid obrazının ifaçısı Azər Qurbanov vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyinin keçmiş işçisi Yusif Şeyxov bildirib.
Onun sözlərinə görə, ömrünün son 30 ilini ABŞ-da yaşayan Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb.
Sovet dövrü uşaqlarının pərəstiş etdiyi aktyor Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.