Bakıda Türkiyə vətəndaşının meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, Türkiyə vətəndaşı, 77 yaşlı Orhan Yılmazın meyiti evdə tapılıb.

İlkin araşdırmalar zamanı onun ürək çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilib.

 

Mənbə: Lent.Az/a>