Zaqatalada DƏHŞƏT: Atası 32 yaşlı oğlunun çardaqda asılmış meyitini tapdı

Zaqatalada intihar hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 06 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini 32 yaşlı Murtuz Mohuma oğlu Həsənovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə atası aşkar edib.

İlkin araşdırma zamanı M. Həsənovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: Lent.Az/a>