Sumqayıt sakinləri məclis evindən şikayətçidir: Uşaqlar yolda oynamaq məcburiyyətində qalıb – (Foto)

Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən binaların birinin sakinləri redaksiyamıza şikayət məktubu ünvanlayıb. Sakinlər müraciətlərində qeyd edib ki, yaşadıqları bina 55-in həyətində yerləşən məclis evi sökülməlidir.

Bina sakinləri bildirir ki, xeyir-şər evinin binanın həyətində yerləşməsi səbəbindən uşaqlar yolda oynamaq məcburiyyətində qalıb. Valideynlər qorxduqları üçün uşaqlarını həyətə buraxmırlar.