İstanbul-Bakı reysində uçan təyyarənin havaya qalxa bilməməsinin sirləri – ELMİ-LƏDUN

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-məhfuzda) yazılmamış olsun. Bu Allah üçün çox asandır!” Quran, 57:22

Xəbər verildiyi kimi, sentyabrın 1-də İstanbul-Bakı reysi ilə uçmaq istəyən “A-320” markalı təyyarədə nasazlıq yarandığından uçuş iki gün ləngidi. Bu müddətdə yüzlərlə soydaşımız İstanbul hava limanında çətin şəraitdə, əzab-əziyyətlə gözləməli oldular…

Elmi-lədun hesablamalarımız göstərir ki, təyyarənin uça biməməsi (xarab olması) və insanların günlərlə əziyyət çəkmələri təsadüfü olmayıb, digər təyyarə qəzaları ilə riyazi şəkildə bağlanır. Bu əlaqənin Quran rəmzləri olan 114 və 286 ədədləri altında baş verməsi hadisənin Allahın elminə bağlı olmasına və ölkədə baş verən haqsızlığa, ədalətsizliyə, insanların kütləvi şəkildə pozulmasına qarşı bir xəbərdarlıq siqnalı verilməsinə sübutdur. Aşağıdakı hesablamalar dediklərimizi sübut edir:

1) Xatırladaq ki, keçən il 19 noyabrda Peruda hava limanına enən eyni markalı (“A-320”) təyyarə yük maşını ilə toqquşdu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, sentyabrın 1-də bu qəzanın 286-cı günü idi. Bu da Quranın səhifəlrinin sayı olmaqla, təyyarənin xarab olmasının Allahdan olduğunu sübut edir.

2) İstanbul-Bakı reysindəki təyyarə uça bilməyəndə Bakıxanov qəsəbəsində yataqxana partlamasının (10 may) 114-cü (!) günü idi ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir.

3) Təyyarə qəzası ilə bağlı daha bir hadisəni yadınıza salaq ki, Krasnodar vilayətinin Jeyski şəhərində “Su-34” təyyarəsi yaşayış binasına çırpıldı (17 oktyabrda). İstanbul-Bakı reysində uçan “A-320” təyyarəsi xarab olanda həmin qəzanın 320-ci (!) günü idi.

NƏTİCƏ: bu və digər hesabamalarımız göstərir ki, sözü gedən təyyarənin uça bilməməsi təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir. Hadisənin Quran rəmzlərinə bağlanması sübut edir ki, bu, yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə Allahdan növbəti xəbərdarlıqdır. İnsanlar bu xəbərdrlığı nəzərə alaraq, tövbə edib, günah işlərdən (faiz yeməkdən, tərəzini səhv çəkməkdən, oğurluqdan, pozğunluqdan…) çəkinsinlər. Rəhbərlər isə, xalqın sərvətlərini taladıqlarına, yolları bağlayıb təyyarə biletinin qiymətini qaldırdıqlarına, xalqa cürbə-cür yersiz əziyyətlər verdiklərinə və s saysız-hesabsız günahlarına görə tövbə etsinlər. Dəccalizmə son qoysunlar! Belə etməsələr çox yaxında haqq etdikləri daha böyük bəlalar gəlcək ki, o bəlalardan nə aşağılar, nə də yuxarılar heç cür canlarını qurtara bilməyəcəklər.

“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi