Novruz bayramı üzərində Allahın rəqəmsal möhürü var

Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib.
Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir:

1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür.

2) Biologiya elmi sübut edir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Beləliklə, insanın yaranışı üzərinə Allah öz kodlaşdırılmış “möhürünü” vurub.

3) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.

4) İnsanlar ən çox Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.

Bu faktlar onu sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq, həyatımızın bütün vacib sahələrinin üzərinə vurulmuşdur. O cümlədən, Novruz bayramı da təqvim dəyişməsi olduğundan (təqvimləri yaradan alimlərə də elmi Allah vermişdir), bu bayramın da üzərinə Allah-təala öz möhürünü vurmuşdur.

Yeri gəlmişkən, novruz bayramınızı təbrik edib, Allahdan ruzi-bərəkət, xoşbəxtlik gözləyənlərin hamısına müjdə verirəm ki, zaman əməlisalaehlərin və inananların xeyrinə işləyir. Keçən hər gün sizləri xoşbəxtliyə bir addım daha yaxınlaşdırır:

“Allah pisi yaxşıdan (zalımı mömindən) seçmək üçün möminləri sizin indi olduğunuz çətin vəziyyətdə qoyan deyildir…. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!” Quran, 3:179

Ayədən göründüyü kimi, Allah möminləri hərdən çətinliyə salır ki, ətrafındakı insanları tanısın (insan çətinə düşməsə, ehtiyacı olmasa ətrafındakıları sınaqdan keçirə bilməz). Odur ki, heç də narahatlıq keçirməyin, indiki sıxıntılı dövr, şeytani dövr başa çatmaq üzrədir. Yaxın aylarda İnşallah kamil bir dövrə qədəm qoyub, bolluq, bərəkət içində yaşayacaqsınız.
“Mömünlər” surəsinin sıra nömrəsi olan 23 ədədi sizin ilinizdir. Faydasını yaxın vaxtda görəcəksiniz….

Paşa Yaqub ,
Həkim, Elmi-lədun bilicisi