Bu gün Quba yolunda baş verən avtobus qəzasında riyazi qanunauyğunluqlar

“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” (Quran, “Qızıl bəzəklər” surəsi)

Xəbər verildiyi kimi, bu gün Bakı-Quba yolunda mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə 15 nəfər yaralandı. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən qəza digər avtobus qəzaları ilə riyazi yolla bağlanmaqla, Allahdan gələn növbəti xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:

1) Yadınıza salaq ki, keçən ilin 24 iyulunda Goranboyun Qaramusalı kəndində avtobus qəzası nəticəsində 24 nəfər xəsarət almışdı. Bu gün həmin qəzanın 228-ci günüdür ki, bundan da Quran rəmzini (114) çıxsaq, alınan ədəd yenə də Yaradanın kodlaşdırılmış möhürü (yaxud, rəqəmsal imzası) olan 114 ədədini göstərir və hər iki hadisənin üzərinə vurulduğu aşkar görünür:

228 – 114 = 114

2) Bakıda daha bir avtobus qəzası 2021-ci ilin 13 oktyabrında (ilin 286-cı günü) baş vermişdi. Həmin tarixdə 171 saylı marşrut avtobusunun qəzaya uğramasından ölən və yaralananlar olmuşdu. Maraqlıdır ki, bu gün həmin hadisənin 514-cü günüdür ki, bundan da Quranın səhifələrinin sayını çıxanda surələrin sayı qalır və hadisənin ALLAH tərəfindən törədildiyini bir daha təsdiq edir:

514 – 114 – 286 = 114

3) Keçən ilin noyabrın 16-da Bakıda iki böyük həyəcanlı hadisə baş verdi: Binəqədi rayonu ərazisində yaşayış binası yandı, Xırdalanda isə, bina partladı. Bu gün Quba yolunda avtobus qəzası baş verəndə həmin hadisəlrin 114-cü günü idi ki, bu da ALLAHIN kitabına bağlanmaqla, xəbərdarlığın mənbəyini göstərir.

4) Bundan əvvəl baş vermiş analoji xəbərdarlıqların hesablamasını təqdim edərkən, hadisənin baş verdiyi məkanın da tasadüfü olmadığını rayonun seiyası ilə sübut edirdik. Oxucuda sual yaranacaq ki, bugünkü avtobus qəzasının baş verdiyi rayonun (Sumqayıtın) seriyası hadisə üzərində necə görünür? Marağınızı nəzərə alıb, bu hadisənin fonunda 50 ədədinə də nəzər salaq: maraqlıdır ki, bu il yanvarın 18-də 163 saylı marşurut avtobusu alovlanıb yandı. Bu gün Quba yolunun Sumqayıtdan keçən hissəsində qəza baş verəndə 163 saylı marşrut avtobusunun yanmasının 50-ci günü idi ki, bu da ərazinin rəmzidir (kodudur).

Nəticə: bu və digər hesablamalarımız göstərir ki, sözügüdən avtobus qəzası yolun azmış millətimizə və onun zülm etməkdə həddi aşan rəhbərlərinə ALLAHDAN xəbərdarlıq mesajıdır. İnsanlar bu mesajdan nəticə çıxarıb doğru yola qayıtmasalar, rəhbərlər haqsız zülmə son qoymasalar ölkəyə çox böyük (Türkiyədəkindən daha dəhşətli) bəlalar gələcək və bu bəladan az adam canın qurtara biləcək. Odur ki, papağınızı qarşınıza qoyub, yaxşı-yaxşı fikirləşin: sizə haram yolla yığılmış keçici var-dövlət lazımdır, yoxsa sağ qalmağınız?
Elə zənn etməyin ki, xoşluqla haramdan, xalqa zülm etməkdən əl çəkməsəniz, ömürlük vəzifələrdə otura biləcəksiniz. Əsla yox! Elmi-lədun hesablamalarımız göstərir ki, yaxın aylarda (bəlkə də günlərdə) onsuz da Allah sizin zülmünüzə son qoyacaq! Amma, bu sizə və əhalinin böyük əksəriyyətinə (zalıma rəğbət bəsləyənlərə) baha başa gələcək!

“Biz hər şeyi sayıb yazmışıq”. (Quran)

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi