İsmayıllıda narkotik çəkən sürücü cərimələndi

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən R.Yəhyayev saxlanılıb.

Yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub. 

Məhkəmənin qərarı ilə R.Yəhyayev barəsində 600 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Mənbə: Lent.Az/a>