Goranboyda daşla yüklü

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda qeydə alınıb.

Gəncə istiqamətdə hərəkətdə olan mişar daşı ilə yüklü “KamAZ” idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Avtomobilə və yol təsərrufatına ciddi ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>