Bakıda gənc oğlan BIÇAQLANDI

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

2003-cü il təvəllüdlü Həsənov Fərid Telman oğlu küçədə tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Mənbə: Lent.Az/a>