Bakıda AĞIR QƏZA: 1 ölü, 3 yaralı var

Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Gorədil qəsəbəsi Bağlar massivində qeydə alınıb. 25 yaşlı Məmmədov Pirus İsa oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı evin divarına çırpılıb.

Nəticədə ön oturacaqda əyləşən sərnişin 22 yaşlı Həsənov Tofiq Azər oğlu yerindəcə keçinib. Sürücü ilə yanaşı digər sərnişinlər, 26 yaşlı Piriyev Orxan Fariz oğlu və 28 yaşlı Aslanov Allahverdi Sabir oğlu xəsarət alaraq, Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>