Biləsuvarda yük maşını mikroavtobusla toqquşdu, idarə işçisi öldü – YENİLƏNİB

Biləsuvarda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Lent.az APA-ya istinadla bildirir ki, qəza nəticəsində Yol istismarı idarəsinin əməkdaşı Xaləddin Səmədov ölüb. İdarənin dörd əməkdaşı – İlham Gözəlbəyli (1996), Şahin Talıbov (1988), Azər Həsənov (1969) və Zülfüqar Nuruyev (1961) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

10:13

Biləsuvarda yük maşını mikroavtobusla toqquşub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Ağayrı kəndində baş verib. Hərəkətdə olan “Mercedes” markalı yük maşını, Şahmar Mehtiyevin idarə etdiyi “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan “Ford” markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>