Zaqatalada məktəbi su basdı, dərslər dayandı – VİDEO

Zaqatalada orta məktəbi su basıb. 

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, rayona yağan yağışlar qəzalı vəziyyətdə olan Lahıc kənd orta məktəbində dərsləri keçilməz edib. 

Belə ki, bu gün məktəbə o qədər su damıb ki, kollektiv dərsləri dayandırmağa qərar veriblər. 

Sakinlər bildirir ki, hər yağış yağanda bu vəziyyətlə üzləşirlər: 

“Uzun illərdir məktəbimiz qəzalı vəziyyətdədir. Hər dəfə gəlib baxırlar, deyirlər yeni məktəb tikiləcək, lakin tikmirlər. Bizdən sonra qonşu kəndlərin hamısında yeni məktəblər tikiblər. Lakin bizim bu halımıza acıyan yoxdur”.

Məsələ ilə bağlı saytımız tərəfindən Şəki Regional Təhsil İdarəsinə sorğu göndərilib. Cavabı sizlərə də təqdim edəcəyik.

Mənbə: Lent.Az/a>