Zaqatalada baş verən AĞIR QƏZADAN HƏSSAS GÖRÜNTÜLƏR -YENİLƏNİB

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində “VAZ-21013”  markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb. 

Faktla bağlı cinayət işi başlanılıb.

***

18:20

Zaqatalada baş verən dəhşətli qəza ilə bağlı yeni görüntülər əldə olunub.

Lent.az həmin görüntüləri təqdim edir:

***

17:39

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda, Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquması nəticəsində bir nəfərin öldüyü, yaralananların olduğu bildirilir.

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

Mənbə: Lent.Az/a>