Sumqayıtda qadın 11 gün əvvəl iki uşağı ilə evdən gedib

Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb.

Lent.az bildirir ki, bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan Sənəm Həsənova 3-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, mayın 2-də 33 yaşlı gəlini Şəbnəm Alıyeva azyaşlı 2 övladı – 12 yaşlı Ayan Nəsrəddin qızı Alıyevanı və 11 yaşlı Ayxanı 4-cü mikrorayonda yaşadıqları evdən götürərərək gedib və bir daha geri qayıtamayıb.

Hər 3 şəxsin axtarışları davam etdirilir.

Mənbə: Lent.Az/a>