Lənkəranda itkin düşən qadının həyətdə basdırılan meyiti tapıldı

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi döngə 1-də meyit tapılıb.

Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları adı çəkilən ünvanda istintaq aparır. Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma davam etdirilir.

Mənbə: Lent.Az/a>