Lənkəranda itkin düşən qadının həyətdə basdırılan meyiti tapıldı – TƏFƏRRÜAT- -YENİLƏNİB

Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.

Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 – 3 gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

 


***

18:31

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi döngə 1-də meyit tapılıb.

Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları adı çəkilən ünvanda istintaq aparır. Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma davam etdirilir.

Mənbə: Lent.Az/a>