Zaqataladakı dəhşətli qəzada ölənlərdən biri müəllim olub

Bu gün Zaqatalada baş verən dəhşətli qəzada ölənlərdən biri müəllim olub. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, yol qəzasında ölən Samir Həsənov Zaqatala rayonu Bəhmətli kənd orta məktəbində hərbi hazırlıq müəllimi fəzifəsində çalışırmış. 

Qeyd edək ki, bu gün saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində “VAZ-21013”  markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb. Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb. 

Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə: Lent.Az/a>