Hacıqabulda

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı sakini, 1986-cı il təvəllüdlü Mehman Məmmədhüseyn Azad oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil aşıb.

Nəticədə sürücü və sərnişin – Bakı sakini 2005-ci il təvəllüflü Vəliyev Əmrah Novruz oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>