Bakıda müğənni uşaqları maşınla vurdu

Mayın 8-də paytaxtın Suraxanı rayonu ərazisində iki azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azyaşlıları vuran “Changan” markalı avtomobili tanınmış müğənni Ziba Osmanova idarə edib.

Nəticədə azyaşlılar xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda polis orqanında təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, belə ağır hadisəyə baxmayaraq, müğənni instaqram hesabında paylaşımlarından geri qalmır, şənliklərdə oxuduğu zaman lentə alınan videoları izləyiciləri ilə bölüşür./qafqazinfo.az

Mənbə: Lent.Az/a>