Bakının mərkəzində satıcı qarət olundu

Bakıda satıcı qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayonu ərazisində mağazaların birində satıcının içərisində 800 manatı olan pulqabısı oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Z.Şirinov saxlanılıb.

Araşdırma aparılır.

Mənbə: Lent.Az/a>