Ambulansda oksigen balonu partladı, həkimlər yaralandı

Türkiyədə təcili tibbi yardım avtomobilində olan oksigen balonu partlayıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib. Məlumata görə, təcili tibbi yardım stansiyasında oksigen balonunun dəyişdirilməsi zamanı partlayış olub.

Nəticədə 2 tibb işçisi yaralanıb. Hadisə yerinə yanğınsöndürənlər, həkimlər və polislər cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib, yanğınsöndürənlər ambulansda olan kiçik yanğını söndürüblər.

Mənbə: Lent.Az/a>