Naxçıvanda 2 tələbə göldə boğuldu

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Astara rayonu Pensər kənd sakinləri olan 19 yaşlı Fəttah Zəkəriyəyev və 18 yaşlı Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.

 

 

Mənbə: Lent.Az/a>