Azərbaycanlı sürücü TIR-la qəza törətdi

Türkiyədə azərbaycanlı sürücü qəzaya düşüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çorum şəhərində baş verib. 42 yaşlı Fuad M.-nın idarə etdiyi iri yük avtomobili (TIR) əyləcin işləməməsi səbəbindən yol nişanına tunelin divarına çırpılıb.

Sürücü xilasedicilərin köməyilə qurtarılıb.

Qəza səbəbilə ərazi və alternativ yollarda tıxac yaranıb.

Mənbə: Lent.Az/a>