Ukraynada yaralanan azərbaycanlı vəkildən YENİ XƏBƏR

Ukraynada gedən müharibədə yaralanan, vaxtilə aktyor Mixail Yefremovu müdafiə edən vəkil Elman Paşayevin vəziyyətini həkimlər stabilləşdirə biliblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, vəkilin həyat yoldaşı Alyona Paşayevanın sözlərinə görə, əri hazırda xəstəxanadadır, bərpası üçün gücə ehtiyacı olduğu üçün həkimlər ona heç kimlə əlaqə saxlamağa icazə vermirlər.

Qeyd edilir ki, aktyor Mixail Yefremovun keçmiş müdafiəçisi beyin silkələnməsi və ayağından, həmçinin yumşaq toxumaların çoxsaylı qəlpə yaraları alıb.

Bundan əvvəl məlum olub ki, Paşayev “Donetsk Xalq Respublikası”nın Uqledar yaxınlığında olarkən ağır xəsarət alıb. Vəkilin dostu və köməkçisinin sözlərinə görə, Paşayevin yerləşdiyi qrup mühasirəyə alınıb.

Elman Paşayev 2020-ci ildə vəkillik statusundan məhrum edilib. Səbəb onun müdafiə etdiyi Mixail Yefremovun günahını tamamilə inkar etdiyi mətbuatda verdiyi açıqlamalar olub. 2022-ci ildə vəkil statusunu qaytarıb, lakin bir neçə gün sonra Rusiya Federal Hüquqşünaslar Palatasının Şurası vəkil lisenziyasının alınması zamanı mövcud olan düzəlməz pozuntular aşkar edib.


 

Mənbə: Lent.Az/a>