Qubada çörək sexi YANDI

Quba rayonunun Timiryazev kəndində yanğın baş verib.

Lentr.az APA-ya istinadən xəbər verir ki, hadisə çörək sexində qeydə alınıb.

Sexin transformatorunda baş verən nasazlıq yanğına səbəb olub.

Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Mənbə: Lent.Az/a>