Naxçıvanda kişi siprtli içki içib, evini yandırdı – FOTO

Naxçıvanın Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon, Didivar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

İlkin məlumata görə, ev sahibi, Didivar kənd sakini – 1960-cı il təvvəllüd Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

Mənbə: Lent.Az/a>