Bakıda bank kartını oğurlayıb pulları çıxartdılar

Aprelin 30-da Səbail rayonu ərazisində bir nəfər şəxsin içərisində bank kartı olan pulqabısının oğurlanması və həmin kartdan 300 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İsmayıl Mirzəli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Mənbə: Lent.Az/a>