Zaqatalada ana və iki uşağı dönərdən zəhərləndi

Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 37 yaşlı Aynur Məmmədova və onun iki övladı – 15 yaşlı Ravil Məmmədov və 12 yaşlı Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.

Mənbə: Lent.Az/a>