Oğuzda qonşular arasında DAVA: silaha əl atdı – FOTO

Oğuz rayonunda qonşular arasında baş vermiş mübahisə zamanı birinin digərinə odlu silahla hədə-qorxu gəlməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə mübahisə edən tərəflərdən biri olan 50 yaşlı Rəşad Manafov saxlanılıb. Onun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkarlanıb. R.Manafov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: Lent.Az/a>