Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA – Narkotik… -YENİLƏNİB

Səbail rayonu ərazisində yerləşən məşhur oteldə zəhərlənərək sağ qalan iki nəfərin son durumu açıqlanıb. 

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, iki nəfər (kişi cinsli) zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.

***

13:36

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

Lent.az xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, zəhərlənmə qidadan baş verməyib. Başqa bi iddiaya əsasən isə, hadisəyə səbəb psixatrop maddələr olub. Eyni zamanda, zəhərlənərək ölənlərdən birinin Astara Gömrük İdarəsinin əməkdaşı, digərinin isə hərbçi olduğu deyilir.

Qeyd edək ki, bu barədə ilkin məlumat “Bakupost” saytında paylaşılıb. 

Mənbə: Lent.Az/a>