Daha bir hərbçi həbs edildi – 143 milyonluq yeyintiyə görə

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə daha bir hərbçi həbs edilib. 

Lent.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, N saylı hərbi-hissənin maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov dövlətə dəymiş ziyanı ödəmədiyi üçün barəsində tədbir görülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə E.Cəfərov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Mənbə: Lent.Az/a>