Bakıda sexdən 10 min manatlıq oğurluq

Aprelin 29-na keçən gecə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən 10000 manat dəyərində daş kəsən mişarların oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Nəsimi Quliyev, Mehman Quliyev, Orxan Əzizov və Ramin İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Mənbə: Lent.Az/a>