Naxçıvanda turist qalmaqalı: İctimaiyyət arasında birmənalı qarşılanmadı – VİDEO

Türkiyəli turist Naxçıvanda Bayraq müzeyində təhqirə məruz qalıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Elif adlı Türkiyə vətəndaşı Naxçıvanda Bayraq muzeyində təhqir olunduğunu iddia edib.. Görüntüdə səs yazısının üstü bağlandığı üçün onun doğrudan da təhqir olunub-olunmadığı aydın olmur.

Amma buna baxmayaraq, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi muzeyin türkiyəli turisti təhqir etdiyi iddia olunan əməkdaşı Asudə Məhərrəmlini işdən çıxarıb. Muzeyin direktoru Rəmzi Hüseynova isə töhmət verilib.

Baş vermiş xoşagəlməz hadisə ictimaiyyət arasında da birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Qarabağ qazisi, Çeçenistanın fəxri vətəndaşı Arif Məhərrəmov fikirlərini bölüşüb.