Abşeron təhsil idarəsindən valideyn şikayəti: Suallara düzgün cavab verən övladı imtahandan keçmədi

Bakı şəhər sakini Nəbiyeva İlhamə İsrail qızı saytımız vasitəsilə Abşeron Xızı Regional Təhsil İdarəsinin yaradılmış Komissiyaya müraciət ünvanlayıb. O övladının rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün imtahan verilməsi zamanı yaradılmış narazılığını dilə gətirib:

“Övladım Nəbiyev Mehdi Elşad oğlu 22 suala cavab verdiyi halda 1ci sinifə qəbul olmadi.Apelyasiya şikayətinə imtina geldi. Valideyinlər var idi ki,deyirdi ovladim sakit durub heç bir suala cavablandira bilmədi.Bu gün mənim övladım 22suala cavab verdiyi halda ,cavab verə bilməyən uşaqlarla eyni sıraya qoyublar.Mehdidən soruşdular.Nagil bilirsen?Bəli bilirəm Kalabok ,Teremok.Teromokun qəhrəmanları bilirsen?hamısını adlarını çəkdi.Konfet götürməyini isdeydilər.Mehdi götürdü soruşdular ne rəngdir ?Sarı olduğu üçün sarı dedi.sorusdular rusca sarı rəngdə ne var ?limon dedi.sorusdularki limon turşusu ya şirin ?turş dedi.Ev heyvanlarını bilirsen?hamısının adını çəkdi .İnəyin insanlara faydası var?et və süd dedi.suallarda çox idi cavablarda hamısını yazmıram .22 suala 6yasinda uşaq kimi cavablandırıb ,qarşı tərəfin dediklərini başa düşüb,6yasinda uşaq heç bir təhsili yoxdur sadəcə rus sektoru baxçani bitirib Qardaşı Nəbi Huseyin Rus sektoru 2 nomreli məktəbin 2 çi sinifi bitirdi.Nəbiyev Mehdi rusdilinde oxuyub yaza bilir.1ilinin geridə qalmağını isdəmirəm”.