Bakıda baş həkimin otağını yandıran tutuldu – YENİLƏNİB

Bakıda baş həkimin otağını yandıran tutulub. 

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, paytaxtda 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

saat 14:47

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.

Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.

Mənbə: Lent.Az/a>