Paşa Yaqubun yeni kitabı çapdan çıxdı – “Şıx Eyyub Baba”

Psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqubun “Şıx Eyyub Baba” adlı yeni kitabı çapdan çıxıb.

“Şıx Eyyub Baba” doctor Paşa Yaqubun sayca 39-cu kitabıdır. Burada siz Allah dostu, kəramət sahibi Şıx Eyyub Babanın mənalı həyatını öyrənəcək, həmçinin, övliyalarda olan kəramətin elmi izahı ilə tanış olacaqsınız.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub, 128 səhifədən ibarətdir.

Qeyd edək ki, Paşa Yaqubun “Şıx Eyyub Baba” adlı yeni kitabı Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 3-32.2-795.2024 saylı, 24 may 2024-cü il tarixli məktubu əsasında “Zərdabi Nəşr” MMC-nin mətbbəsində çap olunmuşdur.