Evdən 3000 manat oğurlandı

Sumqayıtda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 13-də şəhər ərazisindəki evlərin birindən 3000 manat pul oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən R.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Mənbə: Lent.Az/a>