“NİDA”çının həbs xəbəri yayıldı

“NİDA” Vətəndaş Hərəkatının üzvü Nicat Əmiraslanovun saxlanıldığı bildirilir.

Lent.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə onun dostları yazıblar.

Onlar gün ərzində Əmiraslanova zəng çatmadığı üçün onun saxlanıldığını güman edirlər.

Məsələ ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur.

Nicat Əmiraslanov “Abzas Media” işi üzrə həbs edilmiş jurnalist Elnarə Qasımovanın həyat yoldaşıdır.

Mənbə: Lent.Az/a>