Son aylarda qızıl niyə BAHALAŞIR? – SƏBƏB

Son aylar qızılın qiymətinin yüksəlməsinin səbəbi bəlli olub. 

Sfera.az xəbər verir ki, qızılın bahalaşmasının başlıca səbəbi dövlətlərin və mərkəzi bankların qızıl alışını artırmasıdır.

Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına əsasən, ölkələrin qızıl alışı 2010-cu ildən sonrakı ən yüksək həddə çatıb və fevralda dünya üzrə qızıl ehtiyatları 52 ton artıb.

Fevralda ən böyük alıcı 25 ton qızılla Çin Xalq Bankı olub. Daha 15-i isə 22 ton qızıl alıb. Bu ölkələrdən Özbəkistan 8 ton, Sinqapur 7 ton, Hindistan 3 ton qızıl alıb.

Mərkəzi bankların qızıl alışını artırması hesabına qızılın qiyməti 2026 dollara qədər yüksəlib.