Ailə faciəsi: Arvadını, qayınanasını və onun qardaşını bıçaqladı

Yevlax rayonunda üç nəfər bıçaqlanıb.

Sedainfo APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların bir ailənin üzvü olduqları bildirilir.

Məlumata görə, hadisə ailənin kürəkəni tərəfindən törədilib.

Rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.

Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.