“Xocalı heç bir zaman unudulmayacaq” – Çeçenistanın ilk fəxri vətəndaşı – VİDEO

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 31 il ötür.

Bununla bağlı silsilə anım tədbirləri keçirilir.

Xocal – Tarixin qan yaddaşı” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Qarabağ Qazisi, Çeçenistanın ilk fəxri vətəndaşı, şəhid qardaşı Arif Məhərrəmov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib, bu faciənin təkcə azərbaycanlılara deyil, bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət olduğunu və ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini, 1275 nəfər dinc sakinin əsir götürülərək ağlasığmaz zülm və təhqirlərə məruz qaldığını bildirib.
Arif Məhərrəmov Xocalı soyqırımının XX əsr tarixinin ən qanlı səhifələrindən biri olduğunu, Ermənistanın apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin 20 faiz torpaqlarının işğal olunduğunu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. O Xocalı soyqırımından 31 il keçməsinə baxmayaraq hələ də səbəbkarların cəzalandırılmamasını, beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirib, Xocalı soyqırımı qurbanları və onların ailə üzvlərinin beynəlxalq təşkilatlardan qətliama ədalətli qiymət verilməsini gözlədiklərini vurğulayıb.